“Qarabağ” və “Neftçi” azarkeşlərinə görə cərimələniblər

20
dek
2023
16:56
“Qarabağ” və “Neftçi” klubları azarkeşlərinə görə cərimələniblər.
BAKU.WS xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVII turunda bu komandalar arasında keçirilən görüşdə hər iki tərəfin fanatları tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.
Bu hal həm “Qarabağ”da, həm də “Neftçi”də mövsüm ərzində 3-cü dəfə yaşandığından, AFFA İntizam Komitəsi klubların hərəsini 1000 manat cərimələyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubu...
