"Qarabağ" Vadjinin yerinə Yusuf Demiri transfer edir? - Klubdan RƏSMİ CAVAB

Qarabağ Vadjinin yerinə Yusuf Demiri transfer edir? - Klubdan RƏSMİ CAVAB
İdman 901

"Qarabağ" klubunun İbrahima Vadjini “Sent Etyen” klubuna satmasından sonra Ağdam təmsilçisinin "Rapid"in üzvü Yusuf Demiri transfer edəcəyi barədə iddialar yayılıb.

BAKU.WS bu iddiaların nə qədər həqiqət olmasını müəyyənləşdirmək məqsədilə kluba müraciət edib.

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə BAKU.WS-ə açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib: "Klubun gündəmində bu futbolçunun transfer məsələsi yoxdur. Bu məlumatlar yalandır. Yeni transferlərlə bağlı fikirlər var. Hansı reallaşacaqsa, onun adı mətbuata açıqlanacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər