"Qarabağ" İsraildə "Karabakh is Azerbaijan" şüarı ilə qarşılandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ” klubu səfərdə Təl Əviv “Makkabi”sinin qonağı olacaq.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Təl Əviv şəhərinə Ağdam komandası İsraildə cəbhədə baş verən olaylarla bağlı olaraq “Karabakh is Azerbaijan” banneri ilə qarşılanıb.
Qeyd edək ki, “Qarabağ” ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:45-də media mənsublarının suallarını cavablandıracaq. Komandamız isə Bakı vaxtı ilə saat 21:00-da matçın keçiriləcəyi “Blumfild” stadionunda son məşqinə çıxacaq.
Xatırladaq ki, “Makkabi” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qalereya
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...