"Qarabağ" - "Rakuv" oyununun biletləri satışa çıxarılıb
25
iyl
2023
14:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
BAKU.WS xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
Azarkeşlər biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun Park Bulvardakı Fan-Şopundan əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın ÇL-dəki potensial rəqibləri bəlli olub - YENİLƏNİB
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun b...