"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
24
may
2025
19:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" Misli Premyer Liqasının sonuncu - XXXVI turunda səfərdə "Şamaxı"ya qalib gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda "köhlən atlar" minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu Emmanuel Addai (86) rəqibin qapısından keçirib.
Ölkə çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi mövsümü 89 xalla lider başa vurub. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...