"Qarabağ" "Neftçi" ilə oyunda azarkeşlərin davranışına görə 8000 manat cərimələnib
01
may
2026
14:11
"Qarabağ" klubu 8000 manat cərimələnib.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" ilə matçda yaşananlar səbəb olub.
Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.
"Neftçi" isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar
"Qarabağ"ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar. "Report" xəbər verir ki, cinah müdafiəçiləri 24-cü turda "Qar...