"Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, sonuncu görüşdə "Qarabağ" "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 33-cü dəqiqədə Kilan Lebon vurub. Qonaqların heyətində Höccət Haqverdi 83-cü dəqiqədə avtoqol müəllifi olub.
Hazırda üçüncü pillədə qərarlaşan "Neftçi" xallarının sayını 49-a çatdırıb. Lider "Qarabağ"ın 62 xalı var.
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” “Turan Tovuz”u (2:0), “Kəpəz” “Sumqayıt”ı (2:1) səfərdə, “Şamaxı” “Sabah”ı (2:1) evdə məğlub edib, “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) nəticələnib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: “Neftçi” ili qələbə, “Sabah” darmadağınla başa vurub – VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. “Report”un məlumatına görə, açılış oyununda “Neftçi” “Şamaxı”nı qəbul edib. “Bakcell Arena”da...