"Qarabağ"la yollarını ayıran Kris Kuakudan yeni transferi barədə AÇIQLAMA
"Qarabağ" klubu ilə yollarını ayıran Kris Kuaku Norveç təmsilçisi "Sarpsborq 08"ə transferi barədə təəssüratını bölüşüb.
BAKU.WS xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə klubun rəsmi saytına açıqlama verib.
Təcrübəli futbolçu karyerasını Norveçdə davam etdirəcəyi üçün böyük qürur hissi keçirdiyini vurğulayıb:
"Mən mərkəz yarımmüdafiəçisiyəm və topu arxa xətdən hücum zonasına daşımaqdan zövq alıram. Meydanda "səkkiz" və ya "altı" nömrəli mövqelərdə çıxış edə bilirəm. Komandama həm müdafiə olunarkən kömək etməyi, həm də hücumlara dəstək verməyi sevirəm".
Yarımmüdafiəçi diqqətə çatdırıb ki, bu transfer reallaşmamışdan öncə keçmiş komanda yoldaşı Andreas Nibe ilə məsləhətləşib:
"Onunla söhbət edərkən mənə söylədiyi ilk fikir bu oldu ki, burada hər kəs sənin fərdi inkişafına və daha yaxşı oyunçuya çevrilməyinə dəstək göstərəcək. Komandanın böyük ambisiyaları var. "Sarpsborq" daim inkişaf etmək və irəliyə doğru addımlamaq istəyən bir klubdur".
Xatırladaq ki, onlar daha əvvəl Portuqaliyanın "CD Mafra" klubunda birlikdə oynayıblar.
Oxşar xəbərlər
Premyer Liqa nəhəngləri 19 yaşlı Said El-Malanın transferi uğrunda yarışır
Almaniyanın "Köln" klubunun futbolçusu Said El-Mala karyerasını İngiltərədə davam etdirə bilər. BAKU.WS report-a istinadən xəbər verir ki, "Mançester Yunayted"...