"Qarabağ"la oyun "Lion"un iki futbolçusu üçün əlamətdar ola bilər
UEFA Avropa Liqasında "Qarabağ"la oyun Fransanın "Lion" klubunun iki futbolçusu üçün əlamətdar ola bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Aleksandr Lyakazett və qapıçı Lukas Perridir.
Fransalı forvard Bakıdakı qarşılaşmada meydana çıxacağı təqdirdə "Lion" forması ilə turnirdə 30-cu oyununu keçirəcək.
İlin əvvəlində transfer edilən braziliyalı qolkiper isə komandada ümumilikdə 20-ci görüşünü keçirə bilər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
"Qalatasaray" Yaser Asprilyanı heyətinə qatdı
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni oyunçu ilə gücləndirib. BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın "Jirona" klubundan 22 yaşlı vinger...