"Qarabağ" klubu tarixinin rekordunu təkrarlayıb
"Qarabağ" mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb.
Qurban Qurbanovun yetirmələri sonuncu - XXXVI turda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəliblər.
Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl - 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. "Neftçi" 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.
Oxşar xəbərlər
Boatengdən etiraf: "Həmişə "Real"ı sevmişəm, amma "Barselona"da oynamaq üçün yalan danışmışam"
Keçmiş "Barselona" yarımmüdafiəçisi Kevin-Prins Boateng maraqlı etirafla gündəmə gəlib. BAKU.WS-in məlumatına görə, qanalı futbolçu bildirib ki, əslində həmişə...