"Qarabağ" klubu dünya reytinqində irəliləyib, "Turan Tovuz" siyahıya düşüb

Qarabağ klubu dünya reytinqində irəliləyib, Turan Tovuz siyahıya düşüb
İdman 142

"Qarabağ" dünya klublarının reytinq siyasında beş pillə irəliləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

Azərbaycan çempionu 502 komandanın yer aldığı siyahıda 177,5 xalla 67-ci yerdə qərarlaşıb.

Mövqeyi dəyişməyən "Zirə" (94,25 xal) 219-cudur. 14 sıra irəliləyən "Sabah" (62,5 xal) isə 409-cu olub.

Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.

Qeyd edək ki, İspaniyanın "Real" klubu 388 xalla birinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

UEFA Avropa Liqasının qalibi "Tottenhem" oldu

UEFA Avropa Liqasının qalibi "Tottenhem" oldu

UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib. Həlledici görüşdə İngiltərənin iki klubu - "Tottenhem" və "Mançester Yunayted" üz-üzə gəlib. İsp...

24 İdman 08:01 22 may 2025

Son xəbərlər