"Qarabağ" Juniniyonun Braziliya klubuna keçidindən 5 milyon avro qazanacaq
11
yan
2025
13:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidindən 5 milyon avro qazanacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.
Tərəflərin razılığa gəldiyi, "Flamenqo"nun sözügedən məbləği "Qarabağ"a hissə-hissə ödəyəcəyi bildirilib. Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra "Flamenqo"ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.
Qeyd edək ki, Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...