"Qarabağ"ın növbəti mərhələki 222 milyonluq rəqibi "Ayaks"

Qarabağın növbəti mərhələki 222 milyonluq rəqibi Ayaks
Foto
İdman 57

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları qarşılaşacaq.

BAKU.WS-in məlumatına görə, matç oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FIFA referisi Nikolas Uolş olacaq.

Ona Qrem Stüart və Kalum Spensi kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. VAR-da Kevin Klensi, AVAR-da Con Biton əyləşəcək.

Qeyd edək ki, "Ayaks" klubunun ümumi dəyəri 222,05 milyon avrodur. Komandaya Françesko Farioli baş məşqçilik edir. Klubun ən bahalı fubolçusu 35 milyon dəyərindəki Brian Brobbeydir. Komanda ev oyunlarını 55 min 885 tamaşaçı tutumu olan "Amsterdam Arena"da keçirir.

Son xəbərlər