"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başlayıb
20
iyl
2026
22:12
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında 2026/2027 mövsümünə heç-heçə ilə start verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, səfərdə "Slaviya" (Sofiya) kollektivi ilə qarşılaşan ÇSKA rəqibi ilə qolsuz (0:0) bərabərə qalıb.
Görüş Aleksandr Şalamanov adına stadionda keçirilib.
Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.
Oxşar xəbərlər
Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azə...