"Qarabağ" Emmanuel Addai ilə yollarını ayıracaq
"Qarabağ" daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.
Cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlinə bilmir. "Köhlən atlar" 24 yaşlı futbolçunun komandada saxlamaq niyyətindədir.
Lakin o, azad agent kimi "Qarabağ"dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.
Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın "Alkorkon" klubundan transfer olunmuşdu.
Qeyd edək ki, Emmanuel bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...