Qarabağ Çempionlar Liqasının ev oyunlarını Tofiq Bəhramov stadionunda keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
BAKU.WS xəbər verir ki, məlumat UEFA-nın rəsmi saytında yer alıb.
Ağdam təmsilçisi ev matçlarını Tofiq Bəhramov adına Respublika Stadionunda oynayacaq.
Qeyd edək ki, Liqanın əsas mərhələsində "Qarabağ" səkkiz komandaya qarşı mübarizə aparacaq. Komandanın rəqibləri bunlardır: "Çelsi" (evdə), "Liverpul" (səfərdə), "Ayntraxt" (evdə), "Benfika" (səfərdə), "Ayaks" (evdə), "Napoli" (səfərdə), "Kopenhagen" (evdə) və "Atletik Bilbao" (səfərdə).
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...