"Qarabağ" Bikalyo ilə müqavilənin detallarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.
Qeyd edək ki, 2025-ci ildən "Qarabağ"ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.
Əlavə edək ki, ötən mövsüm ÇL-in oyunlarından sonra Bikalyoya Avropa və Braziliya klublarından maraq var idi. Onun yayda komandadan ayrıla biləcəyi ehtimalı da vardı. Lakin "Qarabağ" futbolçunu saxlaya bilib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...