"Qarabağ" axşamkı oyuna gələn azarkeşlərinə səsləndi
Yeniliklərdən dərhal xəbərdar olun
"UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Şelburn" oyununda iştirak edəcək azarkeşlərimiz üçün qapılar matçın start fitindən 2 saat əvvəl açılacaq".
BAKU.WS xəbər verir ki, bu, "Qarabağ" klubunun azarkeşlərinə müraciətində qeyd olunub.
""Qarabağ" – "Şelburn" oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında sizi əsl fan zona əhval-ruhiyyəsi gözləyir! Azarkeşlərimizdən tribunalardakı yerlərini vaxtında tutmaları xahiş olunur! Yoxlama nöqtələrində sıxlığı azaltmaq, stadiona daha rahat daxil olmaq, komandamızı isinmə dəqiqələrindən dəstəkləmək üçün stadiona tələsin. Biz birlikdə "Qarabağ"ıq", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...