Qara Qarayev: "Son 30 dəqiqədə komandada arxayınlıq oldu"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bəlkə də son 30 dəqiqədə komandada arxayınlıq oldu və qələbə qazanacağımızı düşündük. Bunu düşünməyə də əsas var idi. Çünki rəqibin oyuna hansısa təhlükəli müdaxiləsi yox idi".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Çexiyadakı cavab maçtında "Viktoriya"ya 1:2 hesbaı ilə uduzan "Qarabağ"ın futbolçusu Qara Qarayev Bakıda jurnalistlərə açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi futbolda belə məğlubiyyətlərin yaşandığını bildirib: "Bəzən gözləmədiyin anda, gözləmədiyin dəqiqədə qapında qol görür və ya qol vurursan. Oyunun marağı da elə bundadır. Dünyada, Azərbaycanda və bütün arenalarda futbolun sevilməsinin ən böyük səbəblərindən biri də budur".
Qarayev Çexiyada məğlub olsalar da, hədəflərindən uzaqlaşmadıqlarını söyləyib: "Qarabağ" və ölkəmiz adına ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.
Oxşar xəbərlər
“Yüz faiz əminəm, “Qarabağ” mərhələni adlayacaq”
“Qarabağ”ın keçmiş baş məşqçisi, hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdıran Elxan Abdullayev Sports.az saytının suallarını cavabla...