Qara Qarayev: "De Byazi mənə necə davranacağımı öyrədə bilməz" - VİDEO

Qara Qarayev: De Byazi mənə necə davranacağımı öyrədə bilməz - VİDEO
Video
İdman 253

"Mənim üçün danışmamaq çox çətin idi. Danışmamağımın əsas səbəbi millinin oyunları ərəfəsində ab-havanı korlamamaq idi".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginlikdən danışarkən bildirib.

"Cənab De Byazi mənimlə söhbətində dedi ki, sənin boyun bir az qısadır. Mən istəyirəm ki, həmin mövqedə hündürboylu oyunçu oynadım. Mən də gülərək cavab verdim ki, milli komandada şansımın olmayacağını deyirsiniz. Çünki mənim 30 yaşım var və boy inkişafım dayanıb. Buna rəğmən bir azərbaycanlı kimi ona cavabım təmkinli oldu və bildirdim ki, problem yoxdur.

Cənab De Byazi ilk müsahibəsində deyib ki, Qara özü bilir. Bu məsələdə ən böyük təsir edən məqam ictimai rəydir. Bu, futbol ictimaiyyəti və bəzi jurnalistləri mənim üstümə yönləndirmək idi. Baş məşqçi bütün məsələri desəydi, bu, normal olardı. Bir oyunçunu milliyə çağırmayıbsansa, istənilən arqument gətirə bilərsən. Deyə bilərdi ki, boyu balacadır və mən oyunlarda hündürboylu oyunçuya üstünlük verirəm. Amma ictimai rəyi mənim üstümə yönləndirməyini qəbul etmirəm.

De Byazinin dediyi kimi, mən çox şeyi bilirəm və bunlar daha çox ziyanına işləyəcək sözlərdir. Danışmıram bu barədə. O həmçnin deyib ki, futbolçu özünü düzgün aparmalıdır. Mən Belarusla qalibiyyət oyunundan sonra ehtiyatda oturmuşam və paltarımı toplayıb evə getmişəm. Əgər buna qədər mənim qeyri-etik davranışım olubsa, siz məni 23-lüyə salmamalı idiniz. De Byazi mənə milli komandada necə davranacağımı və məsuliyyətli olacağımı öyrədə bilməz", - deyə Qara Qarayev əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər