"Qalatasaray"ın oyunçusundan fədakarlıq - FOTO

Qalatasarayın oyunçusundan fədakarlıq - FOTO
Foto
İdman 209

Türkiyə Superliqasının dünən keçirilən "İstanbulspor" - "Qalatasaray" matçında "Qalatasaray"ın oyunçusu Viktor Nelson top uğrunda mübarizə zamanı rəqib futbolçu Emeke Eze ilə toqquşub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə Nelsonun qaşı partlayıb.

Həkimlər dərhal futbolçuya tibbi yardım göstərib.

24 yaşlı futbolçu başı sarıqlı halda oyunun sonuna qədər meydanda qalıb.

Oyundan sonra "Qalatasaray" klubunun həkimi Yener İnce danimarkalı futbolçunun vəziyyəti ilə bağlı, "Nelsonun qaşına 15 tikiş atdıq", - deyə məlumat verib.

Qeyd edək ki, matç "Qalatasaray"ın 2:0 qalibiyyəti ilə başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər