“Qalatasaray”ın 2 ulduzu Premyer Liqaya gedir - Ən azı 43 milyon avro
Yeniliklərdən dərhal xəbərdar olun
Bu mövsüm "Qalatasaray"da göstərdikləri performansla diqqət çəkən Nelsson və Boey üçün İngiltərənin iki nəhəng klubu təklif göndərib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki,oyunçular “Arsenal” və “Tottenham”ın diqqətindədir.
Məlumata görə, Premyer Liqa ikincisi “Arsenal” Boey üçün “sarı-qırmızılı”lara 17 milyon avro təklif edib. "Qalatasaray" tərəfi isə 22 yaşlı fransız futbolçu üçün 25 milyon avrodan aşağı qiymət düşmədiyini bildirib.
Başqa bir Britaniya nəhəngi “Tottenhem” isə mövsümün əvvəlində və fasilədə müxtəlif təkliflər alan, lakin klubda qalmaq qərarı verən Nelssona talib olub.
London komandasının danimarkalı müdafiəçinin 25 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazır olduğu bildirilir.
Dursun Özbek hər iki klubun rəsmilərinə futbolçuların qərarına hörmətlə yanaşılacağını deyib.
Oxşar xəbərlər
“Qalatasaray”ın gənc ulduzu İngiltərə klublarına keçə bilər
“Qalatasaray”ın gənc ulduzu Saşa Boey Avropanın aparıcı klublarının diqqətindədir. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin iki komanda...