"Qalatasaray"da Okan Burukla bağlı bəzi detallar üzə çıxıb

Qalatasarayda Okan Burukla bağlı bəzi detallar üzə çıxıb
İdman 76

"Qalatasaray"ın ardıcıl iki çempionluğunda böyük pay sahibi olan məşqçi Okan Buruk bu gün yeni müqavilə imzalayacaq.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər veirr ki, məşqçinin yeni maaşı və müqavilə müddəti məlum olub.

Klubla hazırkı müqaviləsi başa çatan təcrübəli mütəxəssis bu gün RAMS Parkda keçiriləcək imza mərasimində 2 illik müqavilə imzalayacaq.

Ötən mövsüm 20 milyon lirə alan Burukun maaşında artım olacağı deyilir.

Rəsmi olaraq təsdiqlənməsə də, Burukun yeni müqaviləyə əsasən illik 60 milyon lirə qazanacağı bildirilir.

Xatırladaq ki, futbolçu karyerası ərzində "Qalatasaray"la Superliqa, Türkiyə Kuboku və UEFA Kubokunu qazanan Okan Buruk, məşqçilik karyerasında "Akhisar Bələdiyyəspor"la əvvəlcə Türkiyə kubokunu, daha sonra isə "Başakşehir" ilə Super Liqa çempionluğunu qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər