“Qalatasaray” Okan Burukla yeni müqavilə imzaladı

Türkiyənin “Qalatasaray” klubu baş məçqçisi Okan Burukla yeni müqavilə imzalayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Okan Burukla yeni müqavilə üçün klubun prezidenti Dursun Özbek görüşüb və razılığa gəlib.
Məlumata görə, Buruk “Prezident, rəqəmə siz qərar verin” deyərək 2 illik müqaviləyə imza atmağa razılıq verib.
Razılaşma mayın 25-də “Qalatasaray”da keçiriləcək prezident seçkilərindən sonra rəsmən açıqlanacaq. İllik 20 milyon lirə qazanan təcrübəli baş məşqçinin maaşı ən azı 100 faiz artırılacaq.
Qeyd edək ki, bu mövsüm “Qalatasaray" Türkiyə Super Liqasında xallarını 93-ə çatdıraraq liderliyini davam etdirir.

Oxşar xəbərlər
Mertens Okan Buruk və Oliveyra arasında gərginliyi həll etdi
Okan Burukla mübahisə etdiyi üçün "Qalatasaray"ın heyətindən kənarlaşdırılan Serxio Oliveyranın əfv edilməsində Dris Mertensin də böyük payı olduğu bildirilir....