“Qalatasaray” üçün FANTASTİK qazanc: 1,3 milyard…

“Qalatasaray” üçün FANTASTİK qazanc: 1,3 milyard…
İdman 159

Superliqada 2023-2024 mövsümünün son həftəsində "Konyaspor"u 3:1 hesabı ilə məğlub edərək çempion olan "Qalatasaray" yüksək gəlir əldə edib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İştirak haqqı olaraq kassalarına 38,3 milyon lirə əldə edərək liqaya başlayan "sarı-qırmızılılar", mövsüm boyu yarışda 33 qalibiyyət və 3 bərabərlik xal bonusundan 85,9 milyon lirə qazanıb.

Liqada 24-cü dəfə xoşbəxt sona çatan İstanbul nəhəngi (hər çempionat üçün 3.375 milyon TL) 81 milyon lirə əldə edərkən, bu mövsüm liqanı zirvədə bitirdiyi üçün 39,8 milyon lirəni kassalarına daxil edib.

Bu mövsüm kassaya daxil edilən ümumi məbləğ 245 milyon lirəyə çatıb.

24-cü çempionluğunu qazanan "Qalatasaray" Çempionlar Liqasında pley-offa yüksələcək.

"Sarı-qırmızılılar" qruplara düşsələr, onlar 18,6 milyon avro (651 milyon lirə) açılış və təxminən 13 milyon avro (455 milyon lirə) yayım gəlirini təmin edə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər