"Qalatasaray" klubundan dünya rekordu (VİDEO)

02
dek
2018
11:25
"Qalatasaray" klubu "Beşiktaş" klubu ilə oyun öncəsi açıq məşq toplantısı keçirib. BAKU.WS-in məlumatına görə, Türk Telekom Stadionuna doğma klublarına dəstək üçün 40 mindən çox azarkeş toplaşıb. Azarkeşlər saat 17.30-dan stadiona buraxılıb. Azarkeşlərin coşğusu 19.05-ci dəqiqədə daha da artıb. Təlim-məşq toplantısı zamanı azarkeşlərin yandırdığı məşəllər futbolçulara çətin anlar yaşadıb. Məşqdən sonra məşqçilər heyəti və futbolçular azarkeşləri alqışlayıb. "Qalatasaray" klubu məşqə qatılan azarkeşlərin sayının dünya rekordu olduğunu açıqlayıb. Bu günə qədər heç bir klub biletli olaraq təşkil olunmuş məşq toplantısına 40 min azarkeş toplaya bilməyib. Şahin BAKU.WS
Oxşar xəbərlər
"Qalatasaray" rəqibini meydana çıxmağa peşman etdi (VİDEO)
"Qalatasaray" əzəli rəqibləri "Fənərbaxça" və "Beşiktaş"ın xal itirdiyi həftədə "Alanyaspor" klubunu qonaq edib. BAKU.WS-in məlumatına görə, ev sahibi ilk hissə...
