"Qalatasaray" futbolçularından narazılıq - İkardi ilə oynamırıq, Osimhen yaxşıdır
"Qalatasaray" futbolçuları "Trabzonspor" məğlubiyyətindən sonra komanda daxilində vəziyyəti müzakirə edib və hücum xətti ilə bağlı narazılıq səsləndiriblər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçular arasında aparılan qiymətləndirmədə Viktor Osimhen və Mauro İkardi arasındakı oyun fərqlərinə diqqət çəkilib.
Futbolçular Osimhenin meydanda olduğu zaman komandanın öndə pressinq və təzyiq sayəsində daha effektiv oynadığını, İkardi ilə isə eyni oyun modelini tətbiq etməyin çətin olduğunu bildiriblər.
Komanda üzvlərinin fikrincə, Osimhenin yoxluğunda eyni taktiki sistemin davam etdirilməsi hücumda istənilən nəticəni vermir. Onlar qeyd ediblər ki, İkardi ön xəttdə oynayarkən komanda daha çox geri çəkilməyə məcbur qalır və Osimhenin yaratdığı dinamikanı axtarır.
Məlumata görə, baş məşqçi Okan Burukun Nigeriyalı hücumçu olmadan da eyni oyun planını davam etdirməsi diqqət mərkəzindədir. Bu səbəbdən yaxınlaşan Göztepe matçında onun heyət və taktika seçimlərinin necə olacağı maraqla gözlənilir.
Bundan başqa, zədəsini sağaldan Osimhenin "Fənərbağça" derbisinə qədər hazır olması planlaşdırılır. "Fənərbağça" ilə keçiriləcək derbidə onun komandanın əsas hücum silahlarından biri olması gözlənilir.
Qeyd edək ki, "Liverpool" ilə oyunda qolunu sındıran Osimhenin "Trabzonspor" matçında statistik göstəriciləri də diqqət çəkib. O, 90 dəqiqə meydanda olmasına baxmayaraq cəmi 11 dəfə topa təmas edib. Müqayisə üçün, ondan az top toxunuşu olan yeganə futbolçu cəmi 2 dəqiqə oynayan Ahmed Kutucu olub.
Oxşar xəbərlər
"Qalatasaray"dan rekord gəlir: Demək olar ki, tam satıldı
Galatasaray 2026-2027 mövsümü üçün kombinələrin (mövsümlük bilet) yenilənməsi prosesinə erkən start verərək böyük maliyyə uğuruna imza atıb. BAKU.WS Haber Globa...