"Qalatasaray" "Fənərbağça"nı 14 dəfə ikinci edib - STATİSTİKA/FOTO

Qalatasaray Fənərbağçanı 14 dəfə ikinci edib - STATİSTİKA/FOTO
Foto
İdman 63

“Qalatasaray” və “Fənərbağça” klubları yaranandan bəri böyük rəqabət aparır. Bu günədək sarı-göylülər, sarı-qırmızılıların xoşbəxt sona çatdığı 24 mövsümün 14-də ikinci olub.

BAKU.WS xəbər verir ki, “Qalatasaray” dünən Konyada qazandığı nəticə ilə Super Liqada 24-cü dəfə çempion olub. 19 çempionluq yaşayan “Fənərbağça” isə 20-ci dəfə ikinciliklə kifayətlənib.

Sarı-qırmızılı komanda çempionluq yaşadıqları 24 mövsümün 14-də ikinci, "Beşiktaş" 7, "Eskişehirspor" 2, "Başakşehir" isə 1 mövsümdə ikinci olub.

Superliqada ilk 2-də yer alan komanda isə açıq-aydın "Fənərbağça"dır. Sarı-göylülər 66 mövsümün 44-də ilk 2-də qərarlaşsa da, 19-da çempionluq, 25-də isə ikinciliklə kifayətlənib.

"Qalatasaray" 35 dəfə ilk 2-yə girdiyi Super Liqada 24 çempionluq qazanıb, 11-də ikinci olub.

"Beşiktaş" isə 30 mövsümün 16-nı ilk 2-də birinci, 14-də isə ikinci olub.

"Trabzonspor" isə ilk 2-yə girməyi bacardığı 16 mövsümün 7-də çempionluq kubokunu başı üzərinə qaldırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər