"Qalatasaray"dan yeni transfer bombası - Artıq İstanbuldadır
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray" Almaniyanın "RB Leypsiq" klubunun 21 yaşlı müdafiəçisi El Şadayl Bitşiabunun transferi üçün rəsmi danışıqlara başlayıb.
BAKU.WS xəbər verir ki, klub keçidlə bağlı məlumatı KAP-a açıqlayıb. Fransalı futbolçu isə bu səhər İstanbulun hava limanına enərək tibbi müayinədən keçib.
Bitşiabu jurnalistlərə açıqlamasında "Qalatasaray"a gəlməkdən çox xoşbəxt olduğunu deyib:
"Çox xoşbəxtəm. Azarkeşlərlə və yeni ailəmlə görüşəcəyəm. Onlarla tanış olmaq üçün səbirsizlənirəm. "Qalatasaray" azarkeşlərinin atmosferinin Avropanın ən yaxşılarından biri olduğunu bilirəm".
Məlumata görə, İstanbul klubu futbolçunu 2 milyon avroya icarəyə götürəcək. Müqavilədə 25-30 milyon avro civarında satınalma bəndi olması gözlənilir.
2023-cü ildə PSJ-dən "RB Leypsiq"ə keçən Bitşiabunun müqaviləsi 2029-cu ilə qədərdir. Onun bazar dəyəri isə 18 milyon avro qiymətləndirilir.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...