"Qalatasaray"dan "transfer bombası" - Musleranın yerinə dünya ulduzu gəlir
Fernando Musleranı "Qalatasaray"a transfer edən Bülent Tulun bu dəfə komandadan ayrılan uruqvaylı qolkiperin yerinə kimin gələcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, klubun gündəmində qapıçı transferlərində prioritet adların "Liverpul"dan Alisson Bekker və "Mançester Siti"dən Ederson olduğunu bildirib.
"Qalatasaray Musleradan sonra çox vacib beynəlxalq qapıçı gətirməyi planlaşdırır. Alisson Bekker və Edersondan biri prioritet hesab olunur. Bu yeniliyi eşitdim. "Qalatasaray" bu iki qapıçıdan birini transfer edə bilər. Bunun baş vermə ehtimalı çox da uzaqda deyil", - deyə Tulun qeyd edib.
Qeyd edək ki, "Qalatasaray" hazırda Türkiyə Super Liqasında liderlik edir. Komanda qarşıdakı 4 oyunda 4 xal qazanacağı təqdirdə liqada çempionluğunu elan edəcək.
Oxşar xəbərlər
Avropa liqalarında qış dövrünün diqqətçəkən transferləri
2025–2026 mövsümünün qış transfer dövründə Avropanın aparıcı futbol liqalarında bir sıra mühüm keçidlər rəsmiləşib. BAKU.WS xəbər verir ki, klublar heyətlərini...