"Qalatasaray" argentinalı futbolçu üçün hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Anxelinyo ilə yollarını ayıran "Qalatasaray" "Olimpik Lion"un argentinalı sol cinah müdafiəçisi Nikolas Talyafikon üçün hərəkətə keçib.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Le Parisien" nəşri yazır.
İstanbul təmsilçisi Talyafikonun transferi üçün "Olimpik Lion" və futbolçu ilə danışıqlara başlayıb.
Müdafiəçi ilə "Qalatasaray"dan başqa İspaniyanın "Real Betis" və "Vilyarreal" klubları da maraqlanır.
Transfer dəyəri 8 milyon avro olan 31 yaşlı argentinalının "Lion"la daha 1,5 illik müqaviləsi var.
Bu mövsüm "Lion"un heyətində 17 rəsmi oyuna çıxan Talyafiko 1 qol və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Qalatasaray" mövsümün əvvəlində "Leyptsiq"dən icarəyə götürdüyü Ancelino ilə yollarını ayırıb. Dünən İtaliyaya yollanan və "Roma"nın heyətində tibbi müayinədən keçən ispan sol cinah müdafiəçisinin bu gün rəsmi müqavilə imzalayacağı gözlənilir.
Oxşar xəbərlər
İtaliya mətbuatında "Qalatasaray"ı sevindirəcək xəbər
"Qalatasaray"da sol cinah müdafiəçisi üçün artıq işlərə başlanılıb. İtaliya mətbuatında "sarı-qırmızılılar"ı sevindirəcək xəbərlər yayılıb. BAKU.WS-in xəbərinə...