Premyer Liqanın yeni mövsümündə ilk böyük oyunların turları məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında gerçəkləşəcək ilk oyun VIII tura təsadüf edəcək.
BAKU.WS xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının (PFL) yeni mövsümünün püşkatma mərasimində bəlli olub.
Sözügedən turda Ağdam təmsilçisi meydan sahibi olacaq.
Ötən mövsümün çempionu "Sabah" ilə "Qarabağ" arasında baş tutacaq oyun isə IX turda "Sabah"ın meydanında keçiriləcək.
Qeyd edək ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm "Sabah" çempionatın qalibi olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...