Premyer Liqanın mükafatçılarına kubok və medalların veriləcəyi məkan bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqası qaliblərinin mükafatlandırma mərasimi mayın 19-da Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, tədbir “Neftçi” və “Qarabağ” arasındakı XXVIII tur matçının ardından təşkil olunacaq.
Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək. “Qarabağ” uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.
3-cü yerin sahibinin adına isə daha tez – “Səbail” – “Sumqayıt” və “Sabah” – “Zirə” oyunlarının ardından aydınlıq gələcək. “Zirə” xal itirməsə, 3-cü yeri tutacaq, əks halda, "Sumqayıt" yalnız qələbə sayəsində tarixində ilk dəfə mövsümü ilk “3-lük”də bitirəcək.
Bu iki görüşün ardından müəyyənləşəcək 3-cü yerin sahibi “Dalğa Arena”ya yollanacaq və mükafatlandırma mərasimində bürünc medallarını alacaq.
PFL rəsmisi mükafatlandırma ilə bağlı digər məsələlərə mayın 16-da keçirəcəkləri iclasda aydınlıq gələcəyini də əlavə edib.
Qeyd edək ki, “Sabah” – “Zirə” və “Səbail” – “Sumqayıt” matçları saat 18:00-da, “Neftçi” – “Qarabağ” qarşılaşması isə saat 20:30-da başlanacaq.
Hazırda “Qarabağ”ın 57, “Neftçi”nin 56, “Zirə”nin 38, “Sumqayıt”ın 36 xalı var.
Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...