Premyer Liqa: XI turun açılış oyununda "Şamaxı" qələbə qazanıb
07
noy
2025
15:54
Misli Premyer Liqasında XI tura start verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Zəfər turu"nun açılış oyununda "Şamaxı" "İmişli"ni qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Şamaxı" 8-ci pilləyə yüksəlib. Qonaqlar 12 xalla 9-cudur.
Günün ikinci görüşündə "Qəbələ" evdə "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. BAKU.WS report-a istinadən xəbər verir ki, Liq...