Premyer Liqa: "Şamaxı" "Səbail"lə bərabərə qalıb

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə bərabərə qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə "status-kvo" bərpa olunub - Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb "Səbail" 22 xalla sonuncu - onuncudur.
Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.
Oxşar xəbərlər
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tər...