Premyer Liqa: "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXVIII turunun açılış matçında "Qarabağ" səfərdə "Turan Tovuz"u məğlub edib.
BAKU.WS xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qonaq komandanın heyətində Kadi Borqes (16 p, 84), Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Ev sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.
Bu nəticə ilə "Qarabağ" 67 xalla turnir cədvəlində liderliyini möhkəmlədib. "Turan Tovuz" isə 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXVIII turun oyunları martın 30-da başa çatacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...