Premyer Liqa: "Neftçi" "Qarabağ"la üz-üzə gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasında XXIX turun daha iki oyunu bu gün keçiriləcək.
BAKU.WS xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.
"Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...