Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u darmadağın edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bağlanış oyununda "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Bakcell Arena"da keçirilən görüş "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk qolu 20-ci dəqiqədə Sezar Meza Kolli vurub. 4 dəqiqə sonra kapitan Emin Mahmudov fərqi artırıb. 72-ci dəqiqədə Mateus Saldanya 3-cü topu qonaqların qapısından keçirib. 83-cü dəqiqədə dubl edən Mahmudov matçda yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 26 xalı olan "Turan Tovuz" isə 6-cı sırada yer alıb.
Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" "Kəpəz"i 2:0, "Qarabağ" isə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: “Neftçi” ili qələbə, “Sabah” darmadağınla başa vurub – VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. “Report”un məlumatına görə, açılış oyununda “Neftçi” “Şamaxı”nı qəbul edib. “Bakcell Arena”da...