Premyer Liqa klubu Türkiyə millisinin üzvünü heyətinə qatıb
10
fev
2025
18:30
İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa" türkiyəli futbolçu Yasin Özcanı heyətinə qatıb.
"Report" xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər hazırda çıxış etdiyi "Kasımpaşa" (Türkiyə) komandasının formasını geyinməyə davam edəcək. O, yeni kollektivə 2025/2026 mövsümündən qatılacaq.
Qeyd edək ki, Y.Özcan Türkiyənin 21 yaşadək futbolçulardan ibarət millisinin üzvüdür.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...