Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır
Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, əvvəlcə son ölkə çempionu "Sabah" Premyer Liqanın hazırkı lideri "Zirə" ilə qarşılaşacaq.
Cari mövsüm məğlub olmayan komandaların dueli "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə "Neftçi" debütant "Şəfa"nı sınağa çəkəcək. Hər iki kollektiv ötən tur minimal hesablı məğlubiyyətin acısını yaşayıblar.
Saat 20:30-da başlayacaq matç "Palms Sports Arena"da təşkil olunacaq.
Bu gün meydana çıxacaq komandalardan "Zirə" 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xalı olan "Neftçi" ikinci, eyni xala malik "Sabah" dördüncüdür. "Şəfa" isə 3 xalla doqquzuncu sırada qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IV tur
5 sentyabr
18:30. "Sabah" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
"Bank Respublika Arena"
20:30. "Neftçi" – "Şəfa"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
"Palms Sports Arena"
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib.
Oxşar xəbərlər
Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik
Bu gün bizim üçün növbəti idman bayramıdır. Çünki "IRONMAN" ilk dəfə olaraq Bakıdadır. Bu yarışı, bu tədbiri çoxdan gözləyirdik və nəhayət, bu gün start verildi...