Premyer Liqa: Bu gün I turda növbəti oyun keçiriləcək

Misli Premyer Liqasının I turunda bu gün daha bir oyun keçiriləcək.
BAKU.WS xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Kəpəz" arasında baş tutacaq.
Görüş saat 20:30-da start götürəcək.
Azərbaycan Premyer Liqası
1-ci dövrə, I tur
17 avqust
20:30. "Sumqayıt" – "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, daha əvvəlki matçlarda "Turan-Tovuz" "İmişli"ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.
Oxşar xəbərlər
"Qalatasaray" Ederson üçün rəsmi təklif göndərdi
Türkiyənin "Qalatasaray" klubu braziliyalı qapıçı Edersonu heyətinə qatmaq üçün "Mançester Siti"yə rəsmi təklif göndərib. BAKU.WS xəbər verir ki, bu barədə insa...
