"Portu"nun baş məşqçisi: "Arteta mənim ailə üzvlərimi təhqir etdi"
Portuqaliyanın "Portu" klubunun baş məşqçisi Serjio Konseysau 1/8 final mərhələsində "Arsenal"a qarşı keçirilən cavab matçında rəqibin baş məşqçisi Mikel Artetanın onun ailəsini təhqir etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano öz sosial şəbəkə hesabında yazıb.
"Arteta oyun zamanı komandamızın ehtiyyat oyunçular skamyasına yaxınlaşaraq ispan dilində mənim ailə üzvlərimi təhqir etdi. Mən ona dedim ki, onun təhqir etdiyi insan hazırda həyatda yoxdur. Mən ona komandasını daha çox məşq etməli olduğunu bildirdim. Çünki onun komandasının daha yaxşı oynamaq üçün səbəbləri var", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Arsenal" - "Portu" oyunu ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda portuqaliyalılar 1:0 hesabı ilə qalib gəldikləri üçün əlavə vaxt təyin olunub. Əlavə vaxtda da hesab dəyişilmədiyindən oyunsonrası penaltilər seriyası təyin olunub. Burada daha dəqiq oynayan "topçular" növbəti mərhələyə vəsiqə qazanıblar.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - YENİLƏNİB-8
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb. Tofiq Bəhramov adına Res...