Platini sərbəst buraxıldı

19
iyn
2019
11:10
Dünən Parisdə saxlanılan UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb.BAKU.WS “NTV Türkiyə”yə istinadən xəbər verir ki, o, DÇ-2022-nin ev sahibliyinin rüşvətlə Qətərə verilməsi məsələsinə görə polisə ifadə verib.Fransa rəsmiləri ona qarşı rəsmi ittiham irəli sürməyiblər. Platini ifadə verdikdən sonra sərbəst buraxılıb.O, jurnalistlərə açıqlamasında “EURO 2016”, DÇ-2018, PSJ və FİFA barəsində suallara cavab verdiyini söyləyib.Xatırladaq ki, haqqında istintaq aparılan hadisə 2010-cu ildə baş verib. İdialara görə, həmin vaxt sabiq Fransa prezidenti Nikola Sarkozi, onun müşaviri Klod Qant, Qətər əmiri və Platini naharda görüşüblər və 202-ci il dünya çempionatının Qətərə verilməsi üçün razılığa gəliblər. Qətər isə bunun qarşılığında Fransa ilə ticarət müqaviləli imzalayacağını vəd edib.Qeyd edək ki, M.Platini 2007-ci ildə UEFA prezidenti seçilib. 2015-ci il oktyabrın 8-də fransalı vəzifəsindən 90 günlük kənarlaşdırılıb. Həmin ilin dekabrında isə M.Platini 8 illik diskvalifikasiya alsa da, 2016-cı ilin mayında bu müddət 4 ilə endirilib.
Oxşar xəbərlər
Platini saxlanıldı
UEFA-nın sabiq prezidenti Mişel Platini saxlanılıb.BAKU.WS “CNN Türk”ə istinadən xəbər verir ki, o, 2022-ci il dünya çempionatının Qətərə verilməsi ilə bağlı ap...
