Peşəkar Çövkən Liqasında III turun oyunları başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Peşəkar Çövkən Liqasında (PÇL) III turun oyunları başa çatıb.
BAKU.WS Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ilk iki oyunda qələbə qazanan "Embawood" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.
Gərgin keçən görüş "sərhədçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında "Buta Qolden" komandası "Şamaxı"nı darmadağın edib - 5:0. Bazar günü keçirilən digər oyunlarda isə "Zəfər" "Xəzər"i (7:0), "Polad" isə "Omar"ı (3:0) məğlub edib.
Bundan əlavə, "Elit"lə oyuna çıxmadığı üçün "Atilla" klubuna 0:6 hesablı texniki məğlubiyyət verilib.
Üç turdan sonra turnir cədvəlinə hərəyə 9 xal toplayan "Polad", "Sərhədçi" və "Elit" komandaları başçılıq edirlər. Digər 3 kollektivin hesabında 6 xal var.
Bombardirlərin yarışında "Polad" klubunun üzvü Şəfayət Budaqov 9 qolla liderdir. Onun komanda yoldaşı Samir Pirimov 8, "Sərhədçi"nin oyunçularından Vahid Məmmədov 7, İbrahim Rzalı isə 5 qolla növbəti pillələrdə qərarlaşıblar.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...