"Pelmen"in Rusiyadakı hesabları bloklanıb
10
fev
2025
13:05
Rusiyalı şapalaq döyüşü üzrə dünya çempionu Vasili Kamotskinin bank hesabları Federal Vergi Xidmətinə borcu səbəbindən bloklanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Kamotskinin dörd bankdakı hesabları 85 min rubl (təxminən 900 dollar) borc səbəbindən dondurulub.
Məşhur idmançı Krasnoyarsk diyarının İlanski şəhərində fermer təsərrüfatı ilə məşğuldur və taxıl bitkiləri yetişdirir. Ötən həftəsonu isə Power Slap turnirində qələbə qazanıb və bunun üçün 25 min dollar mükafat alıb. Bu məbləğ borcunu ödəməyə kifayətdir.
Oxşar xəbərlər
Messi məşqçi olmaq istəmədiyini açıqlayıb
Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messi gələcəkdə məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırmadığını bildirib. BAKU.WS xəbər verir ki, bu...