Paris Olimpiadasına vəsiqə qazanan Hacı Əliyevin son durumu AÇIQLANDI

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) son durumuna aydınlıq gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə İdman.biz-ə 3 qat dünya və 4 qat Avropa çempionu məlumat verib.
H.Əliyev bildirib ki, hazırda gözünə keçən mikrobla bağlı müalicəsi yekunlaşıb:
“Sadəcə tam sağalmağımı gözləyirəm. Hər iki dizimdə olan problem hələ qalır. 10 gün fizioterapiya olunacam. Amma fiziki məşqlərimi davam etdirirəm. İki həftədən sonra milli komandaya qoşulacam”.
Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının rəsmisi: Hər iki komandadan gözləntilər böyük idi - MÜSAHİBƏ
Aprelin 5-7-si aralığında Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qaz...
