Paris-2024: İlham Zəkiyev bürünc medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
***12:27
Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.
Rəqibini uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
Azərbaycan Cüdo Federasiyasının (ACF) məşqçilər üçün təşkil etdiyi adaptiv cüdo kursunun praktiki məşğələsi baş tutub. Bu barədə BAKU.WS-ə ACF-nin mətbuat xidmə...