Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb
İdman 107

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

«Report«un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

***21:32

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

«Report«un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı türkiyəli Can Özcanla qarşılaşıb

Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.

O, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər