Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub
06
avq
2024
23:29
Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsində mübarizə aparıb.
"Report" xəbər verir ki, 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirərək ilk "səkkizliy"ə düşüb.
Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb
Paris-2024 Yay olimpiya Oyunlarında bu gün Azərbaycanın üç idmançısı mübarizə aparıb. BAKU.WS report-a istinadən xəbər verir ki, əvvəlcə Anna Skidan çəkicatma...