"Onlar kiçik səhvi cəzalandırır" - "Şelburn" azarkeşləri "Qarabağ" haqqında
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.
BAKU.WS-in məlumatına görə, "Köhlən atlar"ın belə böyük hesablı qələbəsi sosial şəbəkələrdə də geniş müzakirə olunub.
Rəqib komandanın azarkeşləri hər nə qədər məğlubiyətlə barışa bilməsələr də təmilçimizin çıxışını yüksək qiymətləndirib. Bunu paylaşımlarda gedən müzakirələrdən və şərhlərdən anlamaq elə də çətin deyil.
Bəzi irland istifadəçilər "Şelburn"u zəif oynamaqda günahlandırıb, lakin "Qarabağ"ın təcrübəsini də danmayıb.
""Qarabağ" kimi komanda ilə rəqabət aparmaq üçün hər bir futbolçunun 10/10 performansı lazımdır. Belə komanda istənilən səhvi cəzalandıracaq", - deyə rəqib azarkeşlərdən biri şərhdə qeyd edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...